Adnan Əhmədzadənin həbs müddəti yenidən uzadıldı

14:36 - 13 Mart 2026 - GÜNDƏM

 Adnan Əhmədzadənin həbs müddəti yenidən uzadıldı

İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

BUTA.TV Unikal-a istinadla xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, Adnan Əhmədzadə ötən il sentyabrda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol