Bakıda məşhur restoran söküləcək

22:52 - 4 Mart 2026 - GÜNDƏM

 Bakıda məşhur restoran söküləcək

Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən "Xan bağı" restoranı söküləcək.

BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.

Bildirilir ki, "Xan bağı" restoranın bir hissəsi "Azəriqaz” İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus d-377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb.

Məhkəmə "Azəriqaz” İB-nin tələbini əsaslı sayaraq sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, fiziki şəxs Namiq Xankişi oğlu Qaybalıyevə məxsus "Xan bağı " restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır.

Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol