Ötən ilin yayında Bakının Suraxanı rayonunda, Zığ şosesi yaxınlığında baş verən yanğınla bağlı məhkəmə prosesi başa çatıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısına “Bakı Abadlıq Xidməti” MMC-nin bağbanı 1995-ci il təvəllüdlü B.A çıxarılıb.
Məlum olub ki, onun odla ehtiyatsız davranması nəticəsində 863 ağac yanıb və təbiətə 25 min manat ziyan dəyib.
Araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs ağaclıq sahəyə gəlib qurumuş otları ona verilmiş otbiçən maşınla təmizləmək əvəzinə, öz işini asanlaşdırmaq məqsədilə kibritlə otları yandırıb, daha sonra həmin alovu söndürmək istəsə də, hava şəraitinin küləkli olması səbəbindən buna nail ola bilməyib.
Bağban hadisə yerinə gəlmiş şəxslərə qorxduğu üçün çay qaynatmaq məqsədilə yandırdığı ocağın alovunun yayılması nəticəsində yanğının baş verməsini deyib. O törətdiyi əməldən peşiman olduğunu bildirib.
Məhkəmənin qərarına əsasən, bağbanın azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, “Bakı Abadlıq Xidməti”nin rəhbəri Bünyad Qasımovdur.
- “Evini hissə-hissə al” modeli ilə Biləcəridə mənzil sahibi ol
- Prezident fərman imzaladı
- Prezident onları təltif etdi
- Bakıda gölün qanunsuz doldurulması faktı aşkarlandı
- Naxçıvanda nazir təyinatı oldu
- Küçədə çirkli suyu əhalinin üstünə tökürlər - Video
- Bakıda qətl: 46 yaşlı kişi öldürüldü
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır