Milli Məclis emal edilməmiş almazların rəy olmadan idxalı və ixracına görə cərimələri üçüncü oxunuşda qəbul edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı "Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcəklər.
Qanuna təklif edilən digər dəyişikliklərə əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və "Emal edilməmiş almazların ixracı ilə əlaqədar "Kimberli Sertifikatlaşdırma Prosesinin Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Bundan başqa, ölkədə emal edilməmiş almazların idxalı və ixracı yalnız "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə üzv dövlətlərdən həyata keçirilə biləcək.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.
- Süni intelektin məhkəmələrin fəaliyyətində tətbiqi... - Mansurov
- Bu il imtahan asan, yoxsa çətin olacaq? - Ekspert
- Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni detallar
- Qadın hərbçilərlə bağlı bu təklif ilk oxunuşdan keçdi
- Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlandı
- Meyxanaçı Samirənin müğənni qızı saxlanıldı
- Sabah hava necə olacaq?
- Xocavəndə ilk köç karvanı yola salındı