Bakıda qızına şillə vuran ata həbs olunub.
BUTA.TV lent.az-a istinadla hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.
Əvvəllər məhkum olunmuş 41 yaşlı S.Cəfərov gecə saat 1 radələrində telefonla oynayan qızına irad bildirərək gedib yatmasını tapşırıb. Lakin qızı atasının sözlərini eşitməyib və telefon oynamaqda davam edib. Bundan əsəbiləşən Cəfərov sillə ilə qızının sifətinə zərbə vurub.
Bu əməlinə görə S.Cəfərov saxlanılıb və barəsində cinayət işi başlanıb. Cəfərov ifadəsi zamanı əməlindən peşman olduğunu deyib. Amma daha qəribə tərəfi isə onun məhkəmədən özü barəsində həbs qərarı verilməsini xahiş etməkdir. Belə ki, təqsirləndirilən şəxs həbs olunmayacağı təqdirdə özünə qəsd edəcəyini bildirib.
Zərərçəkən qız atasının tez-tez içki içdiyini və daim evdə mübahisələr yaratdığını deyib. Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı da atası onu və anasını döyüb ki, şikayəti geri götürsünlər. Zərərçəkən həyatlarının təhlükədə olduğunu bildirib və məhkəmədən bunu nəzərə almağı istəyib.
Məhkəmənin hökmü ilə S.Cəfərov 5 ay müddətinə həbs edilib.
- Prezident və xanımı açılışda iştirak etdi
- ADSEA sədri tikinti-bərpa işləri ilə tanış oldu – Video
- "Azərsun Holdinq" bu istiqamətdə fəaliyyətini genişləndirir
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
- Suçəkmə işləri davam etdirilir - Video
- Rayonlara intensiv yağış yağacaq – Xəbərdarlıq
- “Nar” inklüziv təşəbbüsə qoşulub
- Gəncə və Minsk Avtomobil Zavodu arasında müqavilə imzalandı