Villası yanan iş adamı diaspor rəhbəri imiş - Foto

Villası yanan iş adamı diaspor rəhbəri imiş - Foto

Tarix: Siyasət

Ötən gün Ağstafada 3 mərtəbəli ev yanıb və məlum olub ki, sözügedən villa iş adamı Mahir Kərim oğlu Xanəhmədova məxsusdur.

BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, Mahir Xanəhmədov eyni zamanda Surqutdakı Xantı-Mansi Muxtar Dairəsi-Yuqra Diasporunun rəhbəri və "Azərbaycan-Surqut" regional milli-mədəni ictimai təşkilatının sədridir.

İş adamı ötən il Rusiyada diaspor rəhbəri təyin olunub.

M.Xanəhmədovu diaspor rəhbərliyinə Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev gətirib.

Ailəlidir, 6 övladı var.