Bloger Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədovla bağlı növbəti dəfə cinayət işi açılıb.
BUTA.TV Olay.az-a istinadla xəbər verir ki, buna səbəb Oqtayın məhkəmə qərarını yerinə yetirməməsi olub.
Bildirilib ki, məhkəmə qərarının icra edilməməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başladılıb və ona rəsmi qaydada ittiham elan olunub.
Müəyyən edilib ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən aliment öhdəliyi uzun müddət ərzində yerinə yetirilməyib, nəticədə 9600 manat məbləğində borc yaranıb. Məhkəmə qərarlarının icrasından qəsdən yayınma və aliment ödənişlərinin illərlə verilməməsi faktları üzrə toplanan materiallar əsasında müvafiq tədbirlər görülüb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qanunvericiliyin tələblərinə əsasən, məhkəmə qərarlarının icrası məcburidir və bu öhdəliyin yerinə yetirilməməsi cinayət məsuliyyəti yaradır.
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı
- "Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
- Prezident və xanımı açılışda iştirak etdi