Bakıda ər və arvad zəhərləndi, biri öldü

Bakıda ər və arvad zəhərləndi, biri öldü

Tarix: Siyasət

Bakıda ər və arvad dəm qazından zəhərlənib.

BUTA.TV xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Bildirilib ki, 1962-ci il təvəllüdlü Raşad Əliyev və arvadı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva yaşadığı Nardaran qəsəbəsindəki evdən dəm qazından zəhərləniblər.

R.Əliyev hadisə yerində ölüb, arvadı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.