Paytaxtın yaşayış binalarının infrastrukturunun yenilənməsi məqsədilə genişmiqyaslı təmir işlərinə start verilir.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilən yeni tender layihəsi Bakının beş böyük rayonunu əhatə edəcək.
Layihə çərçivəsində Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonları ərazisində yerləşən, dövlət mənzil fonduna aid olan binaların cari və əsaslı təmiri nəzərdə tutulur.
Müsabiqə üzrə görüləcək işlərin ehtimal olunan ümumi qiyməti 25 milyon 110 min 711 manat təşkil edir.
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı
- "Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
- Prezident və xanımı açılışda iştirak etdi