Dövlət Gömrük Komitəsinin (DGK) üç idarəsinə yeni rəhbər təyinatı olub.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmrlər imzalayıb.
Əmrlərə əsasən, gömrük xidməti polkovnik-leytenantı Rövşən Siyafiq oğlu Namazov DGK-nin Gömrük Siyasəti Baş İdarəsinin rəisi təyin olunub.
Eyni zamanda, gömrük xidməti mayoru Elçin Zülfəli oğlu Qasımzadə Audit İdarəsinin rəisi təyin edilib.
Bundan əlavə, gömrük xidməti mayoru Şamil Rizvan oğlu Həsənli Daxili Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub.
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı
- "Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
- Prezident və xanımı açılışda iştirak etdi