Ərazi zibil içində batır, sədr “xəbərçini” axtarır - Foto

Ərazi zibil içində batır, sədr “xəbərçini” axtarır - Foto

Tarix: Siyasət

Cəlilabad rayonunun Təzəkənd kəndində antisanitar vəziyyət yaranıb.

Bu barədə BUTA.TV-a yerli sakinlər məlumat və foto təqdim edib.

Fotolarda kəndin bir neçə ərazisinin zibilxanaya çevrildiyi görünür.

Təzəkənd kəndinin bələdiyyə sədri Şikar Bədirov isə saytımıza açıqlamasında faktdan deyil, faktın yayılmasından narahat olub.

“Hər yerindən duran şəkil atacaq, mən də onun arxası ilə düşəcəm? Bunu yazan, şikayət edən adamı tapıb, onun qulağının dibinə şillə çəkəcəm, ağlı başına gələcək. Heç o vəzifəni də istəmirəm, cəhənnəm olsun”, - o bildirib.