İnzibati Xətalar Məcəlləsinin (İXM) 523-cü maddəsi – “Avaralıqla məşğul olmaq” mövcuddur. “Avaralıqla məşğul olmaq” dedikdə müəyyən yaşayış yeri, və ya yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə, yaxud peşə fəaliyyətiylə məşğul olmayan, mütəmadi olaraq xırda oğurluq, və ya dilənçilik yoluyla dolanan şəxslərdir. Avaralar bu şəxslərdir.
Bunu BUTA.TV-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
“Avaralıqla məşğul olmağın maksimal məsuliyyəti 20 manatdan 25 manatadək cərimədir. Əgər yetkinlik yaşına çatmayan şəxs bu maddəyə cəlb edilirsə, 15 gün müddətinə inzibati qaydada həbs də edilə bilər”, - hüquqşünas bildirib.
Qeyd edək ki, aparıcı Aytən Səfərova bir vətəndaşın avaralığa görə 20 manat cərimə olunması ilə bağlı mesajını dərc etmişdi. Sonradan aparıcı özünün sosial şəbəkə hesabından paylaşımı silib.
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı
- "Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
- Prezident və xanımı açılışda iştirak etdi