Azərinşaatservis MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, söhbət Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3105-ci Məhəllə, Naxçıvani küçəsi, 57C-də yerləşən ərazidən və onun daxilindəki qeyri-yaşayış obyektlərindən gedir.
Burada icarə əsasında bir sıra tanınmış şirkətlər fəaliyyət göstərir. Arif Həsənovun müsadirə olunan əmlakı dövlət hərracında satılacaq.
Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Onların arasında Azərinşaatservis MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, Azərinşaatservis MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov da olub.
Elə həmin ildə “Azərinşaatservis”in Dərnəgüldəki ofisinin qarşısında maaşların verilməsi tələbi ilə fəhlələr tərəfindən aksiya keçirilmişdi. Maraqlıdır ki, aksiyada iştirak edən və 5 aydır maaşlarını ala bilməyən işçilər şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirdilər.
“Azərinşaatservis” 2015-ci ildə həbs edilən Müşahidə Şurasının sədri Arif Həsənov 1 il sonra azadlığa buraxılmışdı. Cahangir Hacıyev məhkəmədə ifadəsində "Azərinşaatservis"ə 2011-2012-ci illərdə 350 milyon manat kredit ayrıldığını açıqlamışdı.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı