İranın ali lideri Əli Xamenei "19 Bəhmən" (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüş keçirməyib.
BUTA TV bu barədə “Azad İran" Teleqram kanalına istinadən xəbər verir. Məlumata görə, Hərbi Hava Qüvvələrinin komandirləri mərasimi Tehranda İslam İnqilabının rəhbəri Ruhulla Xomeyninin məqbərəsində keçiriblər. Tədbir Xameneinin iştirakı olmadan baş tutub.
Qeyd olunur ki, son 47 il ərzində ilk dəfədir ölkənin ali lideri 19 Bəhmən günü ilə əlaqədar tədbirdə Hərbi Hava Qüvvələri ilə birgə görüş keçirmir.
Xatırladaq ki, 19 bəhmən 1357-ci il (miladi təqvimlə 8 fevral 1979) tarixində şah dövrünün ordusuna daxil olan Hərbi Hava Qüvvələrinin texniki heyəti Tehranda Ruhulla Xomeyni ilə görüşüb və ona sədaqət andı içib.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı