Azərbaycanda “Roblox” və “PubG” onlayn oyunlarının qadağan olunması məsələsi gündəmə gələ bilər.
BUTA.TV xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Mütəxəssislərin fikrincə, “PubG” oyunu uşaqlarda aqressiya və yuxu pozuntularına səbəb olur, “Roblox” platforması isə onların tanımadıqları yetkin şəxslərlə ünsiyyətə girməsi riskini artırır.
Bildirilir ki, bu risklər fonunda valideynlərə uşaqların ekran qarşısında keçirdiyi vaxtı məhdudlaşdırmaq, eləcə də valideyn nəzarəti funksiyalarından aktiv istifadə etmək tövsiyə olunur.
Məsələ ilə bağlı müzakirələrin davam etdiyi qeyd edilir.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı