Bu gün Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov dövlət başçısının ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri təyin etdiyi Vüsal Nəsirlini qurumun kollektivinə təqdim edib.
BUTA.TV xəbər verir ki, təqdimat zamanı N.Əmirov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatların bütün sahələri əhatə etdiyini, yol infrastrukturu sahəsində əldə olunan nəticələrin isə xüsusi əhəmiyyət daşıdığını bildirib.
O, Agentliyin fəaliyyətinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayaraq, qurumun qarşısında duran əsas vəzifələr və bu istiqamətdə verilən tapşırıqlar barədə məlumat verib, bu tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib və yeni təyin olunmuş sədrə, eləcə də kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.
V.Nəsirli ona göstərilən etimadı yüksək qiymətləndirib, yol təsərrüfatının inkişafı, infrastruktur layihələrinin keyfiyyətinin artırılması və bu sahədə islahatların davam etdirilməsi istiqamətində qarşıya qoyulan hədəflərin layiqli həyata keçirilməsi üçün bütün səyləri göstərəcəyini bildirib.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı