Paralimpiya çempionumuz Lamiyə Vəliyevanın həyat yoldaşı Tembo Conun Azərbaycan milli komandasına dəvət edilmə ehtimalı var.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu xüsusda Azərbaycan Atletika Federasiyası (AAF) açıqlama yayıb.
Federasiyadan qeyd olunub ki, əslən Cənubi Afrika Respublikasından olan atlet AAF tərəfindən təşkil edilən müxtəlif turnirlərdə klub təmsilçisi qismində yarışır və hazırda yığma komandanın üzvü sayılmır:
"İdmançı tərəfindən Azərbaycanı təmsil etmək istəyi ilə bağlı müraciət daxil olub. Məsələ milli komandanın məşqçiləri tərəfindən müzakirə edilib və bunun əsasında müəyyən normativlər müəyyənləşdirilib. Tembo Con həmin normativləri yerinə yetirərsə, onun ölkəmizi təmsil etmək istəyinə müsbət cavab verilməsi mümkündür".
Xatırladaq ki, Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə qaçışda, Paris-2024 Paralimpiadasında isə 100 metr məsafədə qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, Tembo Con yanvarın 30-da Bakıda təşkil olunmuş Beynəlxalq qış turnirində 60 metr məsafəyə qaçış üzrə çempion adını qazanıb.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı