Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 68 yaşlı Rüstəm Quluzadə saxlanılıb.
BUTA.TV xəbər verir ki, ondan ümumi çəkisi 7 kiloqrama yaxın olan narkotik vasitə həşiş, heroin və marixuana aşkarlanıb.
R.Quluzadə şəxsiyyəti istintaqla araşdırılan əcnəbi vətəndaş tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Gəncə şəhərinə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı