Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin sədrləri seçilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Ali Məclisinin bu gün keçirilən sessiyasında Ali Məclis komitələrinin yeni sədrləri və üzvləri seçilib.
Əjdər Zahid oğlu Əliyev Hüquq siyasəti komitəsinin, Mübariz Rəcəb oğlu Bayramov İqtisadi siyasət komitəsinin, Canməmməd Ramiz oğlu Canməmmədov Humanitar siyasət komitəsinin, Zeynəb Kərim qızı Quliyeva isə Sosial siyasət komitəsinin sədri seçiliblər.
Qeyd edək ki, bu gün keçirilən Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi ilə bağlı Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov çıxış edərək bildirib ki, komitələrin öz funksiyalarının həyata keçirilməsi istiqamətində təkmilləşdirmə aparılması məqsədilə komitələrin tərkibinin yenidən formalaşdırılması zərurəti yaranıb.
Komitələrin tərkibi ilə bağlı qərar layihəsi oxunduqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı