Yekaterinburqda azərbaycanlıların həbsində iştirak edən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMİ) əməkdaşları təltif ediliblər.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, mərasim Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin geniş kollegiya iclası zamanı baş tutub.
Tədbirdə Prezidentin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Artem Joqa, Sverdlovsk Polis İdarəsinin rəisi Aleksandr Meşkov, bölgənin baş prokuroru Boris Krılov və digər yüksək vəzifəli qonaqlar iştirak ediblər.
Qeyd edək ki, ötən il Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüblər.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı