İrandan İrəvana uçuşlar ləğv edildi

İrandan İrəvana uçuşlar ləğv edildi

Tarix: Siyasət

İrandan İrəvana iki uçuş ləğv edilib.

BUTA.TV xəbər verir ki, bu barədə “Zvartnots” beynəlxalq aeroportunun onlayn lövhəsində qeyd olunub.

Məlumata görə, “Fly Kish” və “Flysepehran” şirkətləri tərəfindən həyata keçirilən Tehran-İrəvan reysləri 27 və 28 yanvar tarixlərində yerinə yetirilməyəcək.

İran paytaxtından İrəvana uçuş yanvarın 27-də saat 14:45-də və yanvarın 28-də saat 13:35 radələrində baş tutmalı idi. Lakin hər iki reys naməlum səbəblərdən ləğv edilib.