Rəsmi Ankara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ehtiyacı olan şəxslərə 10 milyon dollar maddi yardım göstərəcəyinə dair xəbərləri əsassız adlandırıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi məlumat yayıb.
Bildirilib ki, Ermənistana 10 milyon dollarlıq yardımla bağlı iddialar dezinformasiyadır.
“Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın “Ermənistanda ölən əsgərlərin ailələrinə və ehtiyacı olan şəxslərə 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı fərman imzaladığı” iddiaları tamamilə əsassızdır.
İctimaiyyətin ölkəmizi və Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara etibar etməmələri, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə almasını vacib hesab edirik”, - açıqlamada qeyd edilib.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı