Məhkəmə sədrinin oğlu arvadını bıçaqladı, özünü binadan atdı

Məhkəmə sədrinin oğlu arvadını bıçaqladı, özünü binadan atdı

Tarix: Siyasət

Bakıda dəhşətli ailə faciəsi yaşanıb.

BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, orta yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, daha sonra özünü binadan atıb.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur. Hadisə nəticəsində ər və arvadın öldüyü bildirilir.

Ailə faciəsi Xətai rayonu ərazisində qeydə alınıb.