Azərbaycan Prezidenti İlham Əliyev ölkəni təsiredici nailiyyətlərə aparan uzaqgörən liderdir.
BUTA.TV xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Bakıya səfəri ilə bağlı fikirlərini bölüşərkən bildirib.
“Bakıda çox gözəl bir görüşümüz oldu və mən Prezidentə Azərbaycandakı yəhudi icmasına göstərdiyi dostluq və dəstəyə görə təşəkkür etdim.
Mən Bakıya müxtəlif sahələri təmsil edən İsrail şirkətləri və iqtisadi təşkilatlardan ibarət yüksək səviyyəli biznes və iqtisadi nümayəndə heyəti ilə gəlmişəm. Bizim ümumi məqsədimiz enerji, müdafiə, su təsərrüfatı, kənd təsərrüfatı, turizm və digər sahələrdə tərəfdaşlığı daha da dərinləşdirməkdir.
Biz strateji münasibətlərimizi möhkəmləndiririk!” – deyə G.Saar qeyd edib.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı