Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

Tarix: Siyasət

Türkiyə ilə keçmişdə çox yaxşı münasibətlərimiz olub, lakin son onilliklər ərzində bu münasibətlərin pisləşdiyini gördük. Beləliklə, "Türkiyə ilə normallaşmaya ehtiyac var" deyə bir məsələ yoxdur, çünki bizim Türkiyə ilə münasibətlərimiz mövcuddur.

BUTA.TV xəbər verir ki, bunu APA-ya müsahibəsində İsrail xarici işləri naziri Gideon Saar İranda baş verənlərə görə rəsmi Tehranın İsraili ittiham etməsinə dair suala cavabında deyib.

Onun sözlərinə görə, İsraili n onilliklərdir Türkiyə ilə diplomatik əlaqələri var:

"Amma təəssüf ki, son dönəmdə münasibətlər pisləşib, bu, onların seçimi idi. Bunun səbəbləri barədə hər kəs fərziyyələr irəli sürə bilər, lakin mən bu müsahibədə səbəblər barədə spekulyasiya etməyəcəyəm, bu, sadəcə faktdır. Bizim Türkiyə ilə münasibətləri artıq olduğundan daha da pisləşdirmək kimi bir marağımız yoxdur.

Təxminən bir ay əvvəl hər iki tərəfdən yüksək səviyyəli rəsmilərin görüşü keçirildi ki, bu cür vəziyyətlərdə faydalı olacaq bir mexanizm yaradılsın. Azərbaycanla bağlı olaraq, əvvəlki dövrdə, həmkarım, Azərbaycanın xarici işlər naziri bizdən onlara bəzi mesajları çatdırmışdı, amma son vaxtlar bu itdi. Ümid edirəm ki, Türkiyə ilə münasibətlərimizdə fərqli, daha yaxşı bir gələcəyə çatacağıq, amma bu tamamilə türklərdən asılıdır".