Azərbaycanla sərhəddə 2200-dən çox ev boşaldılıb - Aleksanyan

Azərbaycanla sərhəddə 2200-dən çox ev boşaldılıb - Aleksanyan

Tarix: Siyasət

Keçmiş hakimiyyətlərin dövründə Azərbaycanla sərhəd kəndlərində 2268 ev boşaldılıb.

BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatı Vaaqn Aleksanyan bildirib.

“Başqaları nağıllar danışarkən, Ermənistan hökumətinin maliyyəsi ilə sərhəd kəndlərində 2268 ev tikilir. Söhbət hökumətin 16 milyonluq maliyyələşdirmə proqramından gedir. Bunlar əvvəlki hakimiyyətlər dövründə boşaldılan sərhəd kəndləridir. Ermənistan bu kəndlərdən başlayır”, - deputat qeyd edib.