Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Tarix: Siyasət

ABŞ Prezidenti Donald Trampın vitse-prezident Ceyms Di Vensin fevral ayında Azərbaycana və Ermənistana səfər edəcəyini açıqlaması maraqla qarşılanıb.

BUTA.TV Globalinfo.az-a istiandən xəbər verir ki, erməni politoloq Suren Sərkisyanın mövzu ilə bağlı fikirləri Ermənistan ictimaiyyətində xüsusi diqqət çəkib.

Politoloq qeyd edib ki, Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən əvvəl Vensin Bakıya səfəri mövzusu gündəmdə deyildi:

“Sadəcə Ermənistana səfəri gözlənilirdi. Lakin görüşdən sonra nə baş verdisə, hər iki ölkəyə səfər gündəmə salındı. ABŞ-ın vitse-prezidentinin Bakını ziyarətini xüsusilə izləmək lazımdır”.