ABŞ-ın Azərbaycandakı səfirliyi UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirilən oyunda “Ayntraxt” üzərində qazanılan qələbə münasibətilə “Qarabağ” Futbol Klubunu təbrik edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi sosial media hesablarında paylaşım edilib.
"ABŞ-ın Bakıdakı səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda “Ayntraxt” üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə “Qarabağ” FK-nı təbrik edir. Bu oyun qətiyyət, komanda işi və Azərbaycan futbolunun Avropa arenasında artan gücünü nümayiş etdirən əla çıxış idi. Birləşmiş Ştatlar bu il FİFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşarkən, bu cür anlar futbolun bütün dünyada azarkeşləri və xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir", - paylaşımda qeyd olunub.
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- Onlayn kazino təşkil edən gənc qadın saxlanıldı - Video
- Azərbaycanda 3 kəndin adı dəyişir
- Mürsəlovdan sərəncam: 27 nəfər vəzifəsini itirdi
- Masallıdakı qəzada ölən gəncin sürücülük hüququ olmayıb...
- “AzerGold”da “Tərəqqi” almış əməkdaşlarla görüş oldu
- MN bu təyyarələrin görüntülərini yaydı - Video
- Salyanda ağır qəza: 1 ölü, 1 yaralı