Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

Tarix: Siyasət

Ermənistanda dizel yanacağının qiyməti 20% ucuzlaşıb.

BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatında deyib.

Qeyd edək ki, Azərbaycan 9 yanvarda Ermənistana 2698 ton neft məhsulları (48 vaqon), o cümlədən 1742 ton Aİ-95 benzini və 956 ton dizel yanacağı göndərib.

Bundan öncə isə Azərbaycanın sayəsində benzinin satış qiymətinin 15% aşağı düşdüyü bildirilmişdi.