İranın ali dini lideri və prezidenti başda olmaqla, qonşu ölkənin mollaları və siyasiləri ABŞ Prezidenti Donald Trampın adını çəkərək, günahı Ağ Ev sahibinin üzərinə ataraq, son qırğınların arxasında onun olduğunu bildirirlər. Halbuki Tramp qədər İranın keçmiş şahının oğlu Rza Pəhləvi də etiraza dəstək açıqlamaları verir, etirazçıları hakimiyyətə qarşı daha sərt addımlara səsləyir. Buna baxmayaraq, İranı idarə edənlər Pəhləvinin adını çəkmirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Əslində deməyə çox söz var, keçmiş şahın vəhşiliklərini xatırlmaq olardı. Yəqin bu, onunla əlaqədardır ki, İrandakı rejim son qətliamın Pəhləvi dövrünün qətliamlarından heç nə ilə fərqlənmədiyini yaxşı anlayır. Pəhləvi rejimini necə tənqid edəsən ki, özün minlərlə insanın qətlinin əmrini vermisən. Etiraz indiki mərhələdə ona görə uğur qazanmadı ki, insanlar molla rejimi ilə Pəhləvi arasında fərq görmədi, bir-birinə oxşayırlar, İranda bu ikisinə alternativ qüvvə isə hələ meydanda yoxdur”, - o bildirib.
E.Şahinoğlu xalqın seçdiyi Prezident Məsud Pezeşkianın interneti açdırmaq səlahiyyətində belə olmadığını da xatırladıb. Onun sözlərinə görə, bu cür səlahiyyətsiz prezident dini liderin kölgəsində qalmağa məhkumdur.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı