Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya

Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya

Tarix: Siyasət

Avropa Birliyi (AB) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipper X hesabında yazıb.

“Bu, Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliyə doğru atılmış mühüm addımdır. AB iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”, - o qeyd edib.

Bundan başqa, AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb.