Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Euljekyan Vigen Abraham Ermənistana təhvil verilib.
Bu addım obyektiv səbəbləri barədə məlumat yayılsa da, sosial mediada aparılan müzakirələrdə hazırda məhkəmə prosesi aparılan şəxslərin də sonda Ermənistana təhvil veriləcəyi ehtimalını irəli sürüblər.
BUTA.TV xəbər verir ki, APA-nın hakimiyyətdəki mənbələrindən əldə etdyi məlumata görə, belə ehtimal yoxdur.
"Bu ehtimallar illyuziyadır. Azərbaycan xalqına qarşı cinayət törətmiş xuntanın rəhbərləri və digər şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur", - deyə hakimiyyətdəki mənbə bildirib.
Başqa bir hakimiyyət rəsmisi də agentliyə qətiyyətlə eyni fikri söyləyib: "Onlar törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər və günahları sübut olunduqdan sonra ən sərt formada cəzalandırılacaqlar".
- Onlar çox çalışsalar da, az pensiya alacaqlar - Açıqlama
- Mərkəzi Nəbatat və Dendrologiya Bağı MMC yaradılır
- Bu ərazilərdə 2 gün su olmayacaq
- Ölkədə nikah və boşanmaların sayı...
- Bu halda onların təhsil haqqını dövlət ödəyəcək
- Fərman: Bu materialların dövriyyəsi qadağan ediləcək
- STM MEDİA-ya birləşdirilir
- Prezident fərman imzaladı