Xəbər verdiyimiz kimi, ABŞ öz vətəndaşlarına İranla bağlı çağırış edib və bu ölkəni “Ermənistan və Türkiyə istiqamətində” tərk etməyi tövsiyə edib.
BUTA.TV xəbər verir ki, İranın Ermənistana nisbətən Azərbaycanla quru sərhədi qat-qat böyükdür və həmçinin sərhəd-keçid məntəqələrinin sayı da çoxdur. Bu baxımdan ABŞ Dövlət Departamentinin İranı tərk etməklə bağlı çağırışında Azərbaycanın adını çəkməməsi sosial şəbəkələrdə müzakirə doğurub.
Ancaq burada qeyri-adi bir məsələ yoxdur. Azərbaycanın quru sərhədləri bağlıdır, ABŞ Dövlət Departamenti isə vətəndaşlarına çağırışda İrana təyyarə reyslərinin ləğv olunduğunu bildirərək, “alternativ yollarla”, “quru yolu ilə” İranı tərk etməyə çağırır. Buna görə də Ermənistan və Türkiyənin adı çəkilir.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı