“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin yeni baş direktor və qaununi təmsilçi müəyyənləşib.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan Rəşad Daşdəmirovu bundan sonra Samir Vaqif oğlu Qibləliyev əvəz edəcək.
Belə ki, Samir Qibləliyev “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin yeni baş direktor və qaununi təmsilçi olub.
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri isə Ruslan Eyyubov olub.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov həbs olunublar. Sözügedən şəxslər ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirməkdə ittiham olunurlar.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək