Sülh şəraitində yaşamaq nə deməkdir... - Əliyev

Sülh şəraitində yaşamaq nə deməkdir... - Əliyev

Tarix: Siyasət

Keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq.

BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik", - deyən dövlətimizin başçısı Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurulduğunu söyləyib..

"Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq", - İ.Əliyev qeyd edib.