Bir məntiqi başa düşə bilmirəm: deməli, belə çıxır ki, Rusiya ilə Ukrayna müharibəsində hər iki ordunun hərbi qulluqçuları, mülki şəxslər, hətta uşaqlar da müharibə qurbanı ola bilər, amma dövlət başçıları, o cümlədən hər iki ordunun baş komandanları ola bilməz?
BUTA.TV xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya lideri Vladimir Putinin Novqoroddakı iqamətgahına iddia edilən PUA hücumu haqda qeyd edib.
“Onlar niyə belə imtiyazlara malikdirlər? Məgər onlar “Allahın məsh etdiyidir” və prezident seçkilərində qələbə ilə Uca Yaradandan “müqəddəslik və toxunulmazlıq” alırlar?
Bütün müharibələrdə düşmən ordusunun baş komandanı ona qarşı müharibə aparanların qanuni hədəfi olub!” - o bildirib.
“Nə qəribə müharibədir! Əvvəlcə boru kəmərləri işləməyə davam etdi, sonra düşmən ərazisində konfet istehsalı davam etdi və indi dövlət başçılarının iqamətgahlarının toxunulmazlığını elan etdilər”, - politoloq əlavə edib.