Tramp Venesuelanı “götürdü”: İranı da bu sözlərlə hədələmişdi

Tramp Venesuelanı “götürdü”: İranı da bu sözlərlə hədələmişdi

Tarix: Siyasət

Vaşinqtonun Venesuellada həyata keçirdiyi hərbi əməliyyat ABŞ-ın çoxqütblü dünya ilə barışmadığını göstərir. Vaşinqton “Monro doktrinası”ndan (ABŞ Prezidenti Ceyms Monronun 1823-cü ildə qəbul etdiyi doktrinaya görə, Şimali və Cənubi Amerika ABŞ-ın həyati maraqları çəvçivəsinə aid edilmiş və Avropa ölkələri bu qitələrin işlərinə qarışmamalıydı) çıxış edərək, Venesuelanı ram etməyə qərar verib. Vaşinqton eyni prinsiplə 1973-cü ildə Çilidə yerli hərbçilərin əli ilə solçu Prezident Salvador Alyendeni devirmişdi. Salvador Alyende kimi, Nikolas Maduro da Amerikaya meydan oxuyurdu, ikisinin də sonu oxşar oldu.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyata və Maduronun həbsinə iki növ reaksiyalar verilib:

“Baş verənləri qınayırıq” deyənlər ABŞ-ın hərbi əməliyyatından narahat olan dövlətlərdir. “Hadisələri diqqətlə izləyirik” deyənlər isə ABŞ-ın tərəfdaşı və Vaşinqtondan çəkinənlərdir. Bütün hallarda heç bir dövlət, o cümlədən Rusiya və Çin Veneseuala və onun artıq keçmiş lideri Maduroya görə Donald Trampla qarşıdurmaya getməyəcək”.

Politoloq xatırladıb ki, Tramp İran rejimini də “dinc etirazçılara zorakılıqla atəş açacağı halda aksiyaçılara köməyə gəlməklə” hədələmişdi:

“Veneseuladakı hadisələr göstərir ki, Tramp dediyini etməyə çalışır. Ancaq ABŞ-ın İrana hər hansı müdaxiləsi bu ölkədə dəyişiklik istəyənlərin əleyhinə, mühafizəkarların lehinə işləyəcək, ikincilər diqqəti daxili məsələlərin həllindən yayındıraraq cəmiyyəti ümumi düşmənə qarşı birliyə çağıracaqlar”.