Bizi birtərəfli güzəştlərə getməkdə ittiham edirlər. Həqiqət isə ondan ibarətdir ki, qətiyyən güzəştə getməmişik. Biz dövlətimizin davamlılığını əsas götürmüşük, dövlətimizin maraqlarının ardınca getmişik.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa Yeni il müraciətində deyib.
“Qarabağ bizim idi, indi artıq bizim deyil” ifadəsi geosiyasi tələyə düşmüş düşüncə tərzinin təzahürüdür. Halbuki dövlətin və vətəndaşın şüuru deyir ki, Ermənistan Respublikası bizim deyildi, indi isə artıq bizimdir. Bəli, əsgərlərimizin həyatı bahasına, bəli, çəkdiyimiz əzab və məhrumiyyətlər bahasına və məhz buna görə də hər şeydən daha qiymətli, daha sevimlidir. Çünki bu, gerçəkləşmiş bir arzudur. Ermənistan Respublikası bizim gerçəkləşmiş arzumuzdur və bu gün öz arzumuzun içində yaşayırıq”, – deyə o vurğulayıb.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək