Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı yoxdur.
BUTA.TV Teleqraf-a istiandən xəbər verir ki, bunu erməni politoloq Edqar Vardanyan deyib.
Ekspert bildirib ki, avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması Ermənistan-Azərbaycan arasında dönüş nöqtəsi olub:
“Vaşinqton razılaşmalarını ilin ən yaxşı nailiyyəti kimi qəbul etməliyik. Artıq avqust razılaşmalarından irəli gələn tədbirlərə başlanılıb. Sülh istiqamətində böyük bir addım atılıb”.
Vardanyan qeyd edib ki, sülh Ermənistanda bəzi daxili siyasi dairələr üçün faydalı deyil, çünki sabitliyi gücləndirəcək:
“Bu, hakimiyyətin nailiyyətidir, bu dairələr bu hökumətin iqtidarda olmasını istəmirlər. Müxalifətin sülh gündəliyi yoxdur”.
Politoloq Qarabağdan könüllü getmiş ermənilərin geriqayıdışını da mümkünsüz hesab edir:
“Müxalifət bu məsələ ətrafında oyun qurmağa çalışır. Qarabağ ermənilərinin qayıtmasından danışırlar, amma bunun necə, hansı şərtlərlə həyata keçirilə biləcəyini demirlər. Bu barədə də gündəlikləri yoxdur”.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək