İmişli rayonunda 9 may tədbirləri zamanı imperializmin simvolu olan "Georgi lenti"ndən istifadə ilə bağlı bir sıra faktlar məlum olub.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, "Georgi lenti"ni rayon tədbirinə Bakıdan Rus İcmasının nümayəndəsi gətirib.
Belə ki, tədbirə Rus Mədəniyyət Mərkəzinin direktoru Qalina Yakovlevna Manafova və onun müavini olduğu deyilən bir nəfər qatılıb. O, tədbirin əvvəlində bütün iştirakçılara "Georgi lenti"ni verib. Təxribatçı addımın səbəbkarı tədbirdə çıxış edən azyaşlı qız uşağına da həmin lenti verməkdən çəkinməyib.
Maraqlısı isə odur ki, "rus obşinası"nın nümayəndələri özləri "Georgi lenti" taxmayıblar.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video