Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin Tiktok reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, onlar tanınmış blogerlərin də reklam etdiyi “Daşqın əmlak ofisi” adlı şirkətin vətəndaşların külli miqdarda pulunu mənimsədiklərini iddia edirlər.
Zərərçəkənlərdən birinin sözlərinə görə, həmin şirkəti Tiktokda görüb.
Vətəndaşlar bildiriblər ki, onları bu vədlərə inandıran Miri və Tərlan adlı blogerlər olub. Şikayətçilərin bir çoxu pulları rəsmi qaydada təqdim etmədiklərini desələr də, onların arasında notarial təsdiqlə pulu ödəyənlər də var.
Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə bildirib ki, sakinlərin şikayətlərinə cavab veriləcək. Onlardan alınan pullar mərhələli şəkildə geri ödənəcək.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələnin polisin diqqət mərkəzində olduğunu, istintaq araşdırması aparıldığını qeyd edib.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video