Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Task, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniyanın Kansleri Fridrix Merz Ukraynada səfərdədirlər.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, liderlər səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir araya gəliblər.
Həmçinin Kiyevdə Ukrayna uğrunda şəhid olanların xatirəsini yad ediblər. Liderlər birlikdə bayraqların olduğu köşənin qarşısına gələrək çiçək qoyub və və ehtiramla başlarını əyiblər.
Kadrlarda ən diqqətçəkən məqam isə xatirə abidəsinin qarşısındakı bayraqların arasında Azərbaycan və Türkmənistan bayraqlarının da olmasıdır. Belə ki, orada Ukrayna bayrağı ilə yanaşı, müharibədə bu ölkə uğrunda döyüşərək həlak olan digər vətəndaşların mənsub olduqları xalqların da bayraqları yer alıb. Ön hissədə isə Ukrayna ilə yanaşı Azərbaycan bayrağı da qoyulub. Beləliklə liderlər Azərbaycan bayrağının da önündə ehtiramla başlarını əyiblər.
Görüntüləri təqdim edirik:
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi