REAL partiyasının sədri Natiq Cəfərli 9 May – Qələbə günü ilə maraqlı məlumatı bölüşüb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Almaniyanın imzaladığı kapitulyasiya aktı 8 may, 1945-ci il gecə saat 23:01-də qüvvəyə mindi. Həmin zaman saat fərqinə görə, Moskvada 9 may 01:01 idi. Yəni Avropa ölkələrinin mayın 8-də, Rusiyanın mayın 9-da bayramı qeyd etmə səbəbi budur.
Sənədin imzalanması zamanı Almaniya tərəfdən akta imza atanlardan biri general Keytel zalda Fransız ordusu generallarını görəndə, onların da sənəddə imzasının olacağını bilib və “Biz bunlara da uduzmuşuq?” deyərək gülümsəyib”.
N.Cəfərli bildirib ki, Stalinin israrı ilə Fransa o masada yer alıb:
“Çünki SSRİ “anqlo-sakslarla” (ABŞ və Britaniya) bir masada olmaq istəmirdi. Fransanı masaya otuzdurmaqla öz aləmlərində balans yaradırdılar”.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı