Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Xarici işlər naziri Bakı ilə danışıqların olub-olmaması və əgər varsa, Azərbaycanın ilkin şərtlərinin nələrdən ibarət olduğu barədə suala belə cavab verib:
“Hər şey deyilib, əslində, hazırda yenilənəcək məlumat yoxdur, necə ki, bir az əvvəl məsləhətləşmələrə başlamağa hazır idik, indi də hazırıq.
Hələlik (sülh sazişinin imzalanması ilə bağlı) irəliləyiş yoxdur, amma söhbət var və bundan əvvəlki danışıqlarda olduğu kimi, səbrli olaq, bəlkə yaxın gələcəkdə yaxşı xəbərlər olacaq”.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı