Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Pakistanla Hindistan arasında artan gərginliyi müzakirə ediblər.
Pakistan naziri 6-7 may tarixində Hindistanın Pakistana qarşı raket hücumları və Pakistan tərəfinin cavab tədbirləri barədə məlumat verib. Hindistanın hücumlarından əsasən mülki əhalinin zərər gördüyü, onlarla insanın həlak olduğu, Pakistan tərəfinin isə buna cavab olaraq hərbi obyektləri hədəf aldığı bildirilib. Pakistan naziri həmçinin bir sıra ölkələrin xarici işlər nazirləri ilə telefon danışığı apardığını və vəziyyəti ətraflı izah etdiini diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov öz növbəsində, Pakistan xalqı ilə həmrəyliyini ifadə edərək, mülki əhalinin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyib.
Nazir eskalasiyanın daha da genişlənməsinin qarşısının alınmasının zəruriliyini, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu vurğulayıb.
Tərəflər telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
- WUF13-ün Bakıya faydaları nələrdir və nələr gözlənilir?
- Keşlədə kollektorun fəsadları aradan qaldırılır
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...