Paytaxt Moskva başda olmaqla, Rusiyanın hava limanlarında xaosdur, Ukraynanın kütləvi dron hücumlarına görə təyyarələr havaya qalxa bilmir, hava limanına enən sərnişinlər isə saatlarla təyyarəni tərk edə bilmir, insanlar təyyarələrdə havasızlıqdan və yaranan anti-sanitariya şəraiti barədə görüntülər yayırlar. Bu, Ukraya Prezidenti Vladimir Zelenskinin bir neçə gün əvvəl “9 May paradına qatılan qonaqların təhlükəsizliyinə zəmanət verə bilmərik” açıqlamasının praktik yerinə yetirilməsidir.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, belə şəraitdə doğrudan da 9 May paradına qatılmaq istəyən müxtəlif dövlətlərin liderlərinin təhlükəsizliyi ön plana çıxır:
“Rusiya yüksək səviyyəli qonaqlara təhlükəsizlik təminatı vermək iqtidarındadırmı? Azərbaycanın sərnişin təyyarəsinin dekabr ayında raketlə vurulması olayından çıxış edərək Rusiya səmasının təhlükəsiz olmadığı, üstəgəl, dronlarla sərnişin təyyarələrinə fərq qoya bilmədikləri aşkardır. Rusiya Prezidenti Vladimir Putin Kiyevə elə ona görə 3 günlük atəşkəs təklif edirdi ki, 9 May paradını rahat keçirsin. Vladimir Zelenski isə işğalçı dövlətin liderinə rahatlıq vermək istəmir. Başqa cür ola da bilməz. Rusiya müharibə aparan ölkə olduğundan Ukraynanın əks-həmlələrinə məruz qalır”.
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video