Hindistan Pakistan qarşıdurmasında say texnologiya ilə yarışır. Pakistan tərəfi müharibədən çəkinir. Çünki Hindistanla müqayisədə bütün silah növləri üzrə ən azı 2 və ya 3 dəfə geri qalır.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Turab Rzayev bildirib.
O qeyd edib ki, Pakistan tərəf bu zəifliyi aradan qaldırmaq üçün ballistik raket və sualtı qayıqları, nüvə və dron texnologiyasını inkişaf etdirib:
“Hələlik bəlli olan budur ki, Pakistan Hindistan hava sahəsində hava hədəflərini dəqiqliklə izləyə və məhv edə bilir. Bu, Pakistan tərəfinin C4ISR (Command, Control, Communications, Computers, Intelligence, Surveillance and Reconnaissance) qabiliyyətlərinin Hindistandan daha üstün olması deməkdir. Pakistan üçün hava sahəsi daha şəffafdır. Onlar Hindistanın hava sahəsində atdığı addımları öncədən görə bilirlər.
Bu qabiliyyət şəbəkə mərkəzli müharibələr üçün çox əhəmiyyətlidir. Burda məsələ Pakistanın fərdi silah sistemlərindən yox, Pakistanın ümumi hava müharibəsi sistemlərindən və onların Hindistan ilə müqayisəsindən gedir.
Görünür ki, Pakistanın Çin və Türkiyə ilə apardığı PUA və şəbəkə mərkəzli müharibə texnologiyaları mübadiləsi Hindistanın ABŞ və İsrail ilə apardığı mübadilələrdən daha real və daha effektiv nəticələr ortaya qoyur”.
Politoloq xatırladıb ki, Türkiyənin “Koral” hava müdafiə sistemlərinin də Pakistan hava sahəsinin müdafiəsinə inteqrasiya edildiyi ilə bağlı məlumatlar mövcuddur.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video