Azərbaycan Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan-Türkiyə MMU-ları arasında keçirilməsi planlaşdırılan Yüksək Dialoq İclasında iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan qardaş ölkənin MMU rektoru professor Ərhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə BUTA.TV-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan general-mayor G.Əbdülov universitetin təhsil sistemi və tədris prosesi, rəqəmsal sistem vasitəsi ilə MMU-nun tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları və statistikası, eləcə də perspektivdə nəzərdə tutulan planlar haqqında məlumat verib. Dövlət başçısının hərbi təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, Azərbaycan Ordusunda peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıb.
Bu cür görüşlərin hərbi təhsil sahəsində əlaqələrimizə müsbət töhfə verdiyini vurğulayan professor Ə.Afyoncu qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.
Universitetlərin rəhbər heyətləri arasında keçirilən görüşdə hər iki qardaş ölkənin hərbi təhsil sahəsində əməkdaşlığının daha da genişləndirilməsi məqsədilə görülən işlər, perspektiv planlar, eləcə də maraq kəsb edən digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Türkiyəli qonaq görüşün sonunda universitetin xatirə kitabına ürək sözlərini yazıb.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video