Türk Dövlətləri Təşkilatı ölkələrinin Şimali Kipr Türk Cumhuriyyətinə qarşı hər hansı mənfi mövqeyi yoxdur.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Şimali Kiprdə TDT-nin Ağsaqqallar Şurasının iclasında çıxışı zamanı Şuranın sədri Binəli Yıldırım bildirib.
O qeyd edib ki, mətbuatda yayımlanan bəzi xəbərlər türk dövlətlərinin bir-birinə qarşı hörmət və sevgisini azaltmağa yönəlib və bu xəbərlərə ən gözəl cavab isə TDT-nin Ağsaqqallar Şurasının iclasının Şimali Kiprdə keçirilməsidir.
“TDT-nin Şimali Kiprlə bağlı mənfi mövqeyi yoxdur. Şimali Kiprin müşahidəçi statusu malik ölkə olaraq münasibətlərimizi inkişaf etdirəcəyik. Qeyri məsələlər bizim gündəmimizə daxil deyil. Biz dünənə görə daha da güclüyük”, - B.Yıldırım vurğulayıb.
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb
- Ötən həftə 593 yanğın oldu, 37 nəfər xilas edildi