Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb.
Yerli polisin müşahidə kameraları vasitəsilə ilə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, V. Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir.
Qeyd edək ki V. Osmanov Ukrayna vətəndaşıdır və Odessada Azərbaycan diasporunun fəal üzvüdür.
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb
- Ötən həftə 593 yanğın oldu, 37 nəfər xilas edildi